Millimiz Uelsə uduzdu

22:58 16.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Hafta.az xəbər verir ki, E qrupunda yer alan yığmamız 9-cu turda Uelsi qəbul edib. "Bakcell Arena"da keçirilən görüşdə millimiz 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, Nikola Yurçeviçin komandası noyabrın 19-u Slovakiyanın qonağı olacaq.

Azərbaycan - Uels - 0:2
Qollar: 
Kifer Moore, 10, Harri Uilson, 34