Millimizin futbolçusu ABŞ Liqasında növbəti qolunu vurdu 

15:37 06.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Hafta.az xəbər verir ki, Dadaşovun komandası “Las Veqas Layt”la qarşılaşıb. Görüş “Finiks Rayzinq”in 2:0 hesablı qələbəsiylə başa çatıb.
 
Rüfət də bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan Dadaşov, oyunda sonuncu qolun müəllifi olub. Hücumçu 90+5-ci dəqiqədə fərqlənib.
 
Rüfət Dadaşov ABŞ-ın birinci liqasında 8 qolla bombardirlər siyahısında 3-cü sıradadır. 23 xal toplayan “Finiks Rayzinq” isə B  qrupunun birincisidir.
Oxunma sayı 1991