Milyarder həbsxanada intihar etdi

23:41 10.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerikalı milyarder Ceffri Epşteyn hakim qarşısına çıxacağı gün həbsxanada intihar edib.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, milyarder, çoxsayda azyaşlını fahişəliyə cəlb etməkdə ittiham edilirdi.

Cinayətləri sübuta yetiriləcəyi təqdirdə onu 40 il həbs cəzası gözləyirdi.