Mingəçevirdə karantini pozan bərbərxana sahibi və müştəriləri cərimələnib - VİDEO

13:38 13.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevir şəhərində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq
fəaliyyət göstərən bərbərxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şəhər ərazisində Bakir Hacıyevə məxsus kişi salonunun qanunsuz olaraq sərt karantin rejimində işlədiyi məlum olub. Obyektə baxış zamanı bərbər və müştərilərin olduğu aşkar edilib.

Rejim qaydalarını pozduqları üçün həmin şəxslər barəsində İnzibati
Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək
cərimələniblər.

Oxunma sayı 1615