Mingəçevirdə xəstəxana binasında yanğın olub

19:02 17.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevirdə Şəhər Mərkəzi Xəstəxanasının binasında yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Mingəçevir şəhərində Şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi beşmərtəbəli binanın birinci mərtəbəsində sahəsi 2 m² olan sanitar qovşağın lambirindən ibarət tavanı 1 m² sahədə yanıb. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.