Mingəçevirdə yol qəzasında 3 nəfər xəsarət alıb

20:52 07.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevirdə yol qəzası baş verib.

 

 “Mercedes-Benz C class” markalı avtomobil “Toyota Prado” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Toyota Prado” aşıb. Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.