Minsk Qrupu regiona yeni səfərə hazırlaşır

13:47 25.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ATƏT-in Minsk qrupu Qarabağa növbəti səfərə hazırlaşır.

Hafta.az xəbər verir ki, həmsədrlər bu həftə Polşada görüş keçirəcək.

Görüş zamanı Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və İqor Popov (Rusiya) Qarabağla bağlı atacaqları növbəti addımları və Cənubi Qafqaz regionuna növbəti səfər planını müzakirə edəcək.

Sonuncu dəfə həmsədrlər dekabrın 12-14-ü tarixlərində regionda səfərdə olmuşdular.  

Oxunma sayı 286
Siyasət rubrikasından digər xəbərlər