Misir erməni rəqqasəni ölkədən qovur - Əxlaqsızlığa görə

12:50 09.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Misir erməni əslli rəqqasəni ölkədən deportasiya etməsi düşünür.

Hafta.az-ın rusarminfo.ru-ya istinadla xəbər verir ki, buna səbəb “Sofinaz” ləqəbi ilə tanınan Sofinar Qriqoryan adlı aktrisanın açıq-saçıq rəqsləridir. İngiltərənin “Daily mail” nəşrinin məlumatına görə ölkənin şimal ərazisindəki çimərliklərindən birində elədiyi rəqs erməni aktrisaya baha başa gələcək.

Belə ki, Sofinar özünün göbək rəqsini oynayarkən dəniz geyimində olan qızlardan biri də ona qoşulub. Bir neçə arzuolunmaz hərəkətlərə yol verib. Bu videonun sosial şəbəkələrdə yayımlanmasından sonra Misirin Senzura Şurası rəqqasə Sofinar Qriqoryanı əxlaqsızlığı yaymaqda suçlayır.

Özünü müdafiə edən erməni rəqqasə bildirib ki, hər zaman etik normalara riayət edib. Açıq-saçıq və çılpaq şəkildə səhnəyə çıxmayıb. Digər qızın səhnədə yer almasına görə məsuliyyət daşımadığını vurğulayıb.

Misir Senzura Şurasının yaydığı məlumatda qeyd olunur ki, Sofinar Qriqoryana qarşı irəli sürülən ittihama əsasən onu 3 il həbs cəzası və ya deportasiya gözləyir.

Qeyd edək ki, erməni rəqqasə 2015-ci ildə həbsə atılıb. O, çılpaq şəkildə səhnəyə çıxdığı üçün Misirdə dəmir barmaqlıqlar arasına göndərilib.

Eyni zamanda, rəqqasə həmin vaxt 15 min Misir funtu (907 dollar-red.) dəyərində cərimə ödəməyə məcbur edilib. Sofinar Qriqoryan cəriməni çimərlikdə Misir bayrağı formasında alt paltarları geyindiyinə görə ödəyib.