Misirdə koronavirusdan ölənlərin sayı 612 nəfərə çatıb

12:29 17.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Misirdə son sutka ərzində COVID-19 virusuna 491 yoluxma halı qeydə alınıb.

Hafta.az xəbər verir ki, Misirin Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 11 min 719 nəfərə çatdığı qeyd olunub.

Məlumatda mayın16-da COVID-19 virusundan 20 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 612 nəfərə çatdığı bildirilib. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 151 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 2950 pasiyent tam müalicə olunub.

Misir hökuməti ölkədə həyatın normal məcraya qayıtması üçün üçmərhələli plan hazırlayıb. İki həftə davam edəcək birinci mərhələdə məhkəmə, habelə digər dövlət orqanlarının tam fəaliyyəti bərpa edilir. İyunun 1-dən başlayacaq ikinci mərhələdə ictimai iaşə obyektləri və iri ticarət mərkəzlərinin açılması, daxili turizmin və otellərin qismən fəaliyyətə başlaması, sonrakı mərhələdə isə Ümumdünya Səhiyyə Təşkilatının məsləhəti ilə karantin rejiminin ləğvi nəzərdə tutulur.

Oxunma sayı 192