Mollanəsrəddinçilərin ideyaya bü­külmüş gülüşü Kamal Camalov yaradıcılığında

16:31 17.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kamal müəllim, maarif və mədəniyyət tariximizin qaranlıq buludlarından sıy­rı­la­raq çıxıb günəş kimi parlayan mollanəsrəddinçiləri təhlil obyektinə çevirərkən istər-is­tə­məz onlar haqqında bunları düşünməli oluruq. Həyatları gənclər üçün örnək olan mol­la­nəs­­rəddinçilərin (Cəlil Məm­məd­qu­lu­­zadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sa­­­bir, Əbdürrəhim Bəy Haq­ver­di­yev, Məmməd Səid Or­dubadi, Əliqulu Qəm­­kü­sar, Əli Nəzmi, Əli Razi, Mir­zə Məhəmməd Hatif (Axun­dov), Mir­­­zə Cab­bar Əsgərzadə, Əli Məh­zun Rəhimov, Sal­man Mümtaz, Qurbanəli Şə­rif­za­də, Üzüyir Ha­cı­bə­­­yov və b.) çoxtərəfli yaradıcılıq fəaliyyətlərinin öyrənib oxuculara təqdim edilməsinin özü də ən xeyirxah, nəcib işdir.

Bu mənada, Kamal Camalovun 2015-ci ildə “Elm və təh­sil” nəşriyyatı tərəfindən çapdan buraxılmış “Mollanəsrəddinçilərin maarifçilik ide­ya­la­rı” mo­noq­ra­fi­ya­sı (elmi redaktoru AMEA-nın müxbir üzvü, pedaqogika üzrə elmlər dok­toru, pro­fessor, Əmək­dar elm xadimi Oruc Həsənli, rəyçilər pedaqogika üzrə elmlər doktoru, pro­­fessor, Əmək­dar elm xadimi Fərrux Rüstəmov, pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Rüfət Hü­seyn­za­də, pe­da­qo­gika üzrə elmlər doktoru, professor Elbəyi Maqsudov və filologiya üzrə elmlər dok­­to­ru, pro­­fes­sor, Tərəqqi medallı Əsgər Qədimovdur) diqqəti cəlb edir. Kamal Ca­malovun mo­noq­ra­­fiyada özü­nün də de­di­yi kimi “Molla Nəsrəddin” jur­­na­lı haqqında ki­­fa­­­­yət qə­­­­­dər araş­dır­ma­­lar apa­rıl­mış, kitab və ki­tab­ça­lar yazılmış, dərs­­­­­lik və dərs və­sa­it­­­­­­­l­əri, al­­­bom­­­­lar tərtib edil­­miş, na­mi­zəd­lik və dok­torluq dis­­­ser­ta­si­ya­­­ları mü­da­fiə olun­­­­­­­­muş­dur [Bax: səh.9]. An­caq bu heç də o de­mək de­­yil ki, mol­lanəs­rəd­­­­­­­­din­­­çi­lərin hə­­yat və ya­ra­dı­cı­lıq yolları in­cə­lik­lə­rinə qədər öy­rə­­nilmiş, “Mol­la Nəs­­­­­­­­rəd­­din” jur­na­­lında və mol­la­­n­əs­rəd­din­çilərin ya­ra­dı­cı­lı­­ğında tədqiq edil­məli bir mə­­­­­­­­­sə­lə, bir prob­lem qal­­­mamışdır. Əksinə, mol­­­la­nəs­rəd­din­çi­lə­rin həyat yo­lu­na və zən­­­­­­gin ədə­­bi-pe­d­­­a­qoji irs­lə­ri­­n­ə dərindən nüfuz et­dik­cə, on­­­­ların ya­ra­dı­­cılığı ətra­fın­da tədqiqat və ta­­­pın­tı­­lar geniş­lən­dik­­cə öyrənilməmiş prob­lemlər daha ba­­riz, da­ha qa­­­­barıq şə­kildə nə­zə­rə çar­­pır. Mol­lanəsrəd­din­­­çilərin çox­cə­hət­li pedaqoji-ictimai fəa­liy­­­­­­yə­tin­­­də elə mə­­­sələlər, elə prob­­­­­lemlər var­­dır ki, bunlara in­diyə qə­­dər ya heç to­­­­xu­nul­ma­mış, yaxud da ötə­­­­ri və ümu­mi şə­kil­də bəhs olun­muş­­dur.

Görkəmli pedaqoq alimlər Hüseyn Əhmədovun, Fərrux Rüstəmovun, Gültac Əliyevanın, Solmaz Həsənlinin, Ənvər Abbasovun, Hümeyir Əhmədovun və başqalarının da təhlillərindən aydın hiss olunur ki, Kamal Camalov gərgin axtarışlar apararaq mollanəsrəddinçilər haq­­qında elmi dəyərli, publisist məziyyəti, orijinallığı, inandırıcılığı və səmimiliyi ilə se­çi­­lən qiymətli bir əsər yazmağı qarşısına məqsəd qoymuş və o, bu şərəfli vəzifənin öh­də­sin­­dən ləyaqətlə gəlməyi də bacarmışdır.

Kamal Camalov monoqrafiyada mollanəsrəddinçilərin həyatı, yaradıcılığı və ic­ti­mai fəaliy­yə­tin­də­ki bütün cə­hətlərə nüfuz edə bilmiş, sanki mollanəsrəddinçilərin yaşayıb fəa­liyyət gös­tər­diyi o za­man­kı mühiti, onunla əlaqədar cərəyan edən hadisələrə zərrəbinlə ba­xaraq daha ya­xından gör­məyə çalışmış və əsasən də Cəlil Məm­məd­qu­lu­za­də­nin, Ömər Faiq Neman­za­dənin, Əb­­­­dürrəhim Bəy Haqverdiyevin, Salman Mümtazın, Mirzə Ələkbər Sabirin, Əliqulu Qəm­­­küsarın və başqalarının qaynar hadisələr fonunda əsl obrazlarını ya­rat­mış, axtarışlar yo­­­lunu, büllur kimi saf məslək və inamlarını, və­tən­pər­vər­lik rə­şa­dət­lə­ri­ni, mü­ba­rizlik cə­sa­­­rətlərini, yaradıcılıq istedadının bəhrələrini müasir oxu­cu­larının gözü qar­­şı­sın­da can­lan­dır­­­mışdır.

Monoqrafiyanı oxuduqca müəllifin nə qədər zəngin mənbələrdən faydalandığına hey­­ran qalırsan. Tədqiqatçı mollanəsrəddinçilər dövrünün mətbuatını diqqətlə nəzərdən ke­­çirərək hər kəsin özünəməxsus fikrini və hadisələrə münasibət tərzini ustalıqla ayırmış, hət­­ta hər kəsin öz sözündən, danışıq tərzindən istifadə etmişdir.

Əməkdar müəllim Kamal Camalovun əsəri görkəmli mollanəsrəddinçilərin pe­da­qo­ji fəa­­­­liyyətlərini və yaxud maarifçi görüşlərini əhatə etmək nöqteyi-nəzərindən də ma­raq­­lı­dır. Belə ki, müəllif mollanəsrəddinçi pedaqoq və maarifçilərin yaradıcılıqlarını elmi də­­qiq­­­­liklə, sübutlarla yazmış, bir sıra faktları dürüstləşdirmişdir.

Bu baxımdan, Kamal Camalov mollanəsrəddinçilər sənətinin vurğunudur. Məhz bu vur­ğun­­luq onun sətirlərinə də köçmüş, böyük demokratlara dərin məhəbbətini təcəssüm et­dir­­mişdir. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov mollanəsrəddinçilər haq­qın­­da hər hansı bir mülahizə irəli sürərkən tələsik nəticə çıxarmağa çalışmamış, əksinə, hər bir hadisəyə dövrün ictimai-siyasi hadisələri baxımından nüfuz etmişdir. Onunla bağlı hər bir sənədi ehtiyatla və məhəbbətlə açmış, oxuculara da bu cür rəftar et­mə­yi məsləhət bil­­mişdir.

Kitabdakı elmi məziyyətlərdən biri də ondan ibarətdir ki, Kamal Camalov mol­la­nəs­rəd­din­­çilərin mol­­­­la­­xa­na­­­lar­da, mədrəsələrdə, yeni üsullu məktəblərdə və Gürcüstan (Cəlil Məm­­­məd­­­qu­­luzadə, Məmməd Qarayev, Üzüyir Ha­cı­bə­yov), İran (Mirzə Əli Mö­cüz), Tür­ki­yə (Ömər Faiq Ne­­­­­man­za­də), Ru­­si­ya­ (Əbdürrəhim Bəy Haq­­­­ver­­­­diyev), Aşqabad (Salman Mümtaz) kimi ru­ha­ni və ali mək­təb­lərdəki fəa­liy­yətlərinin inkişaf dinamikasını düzgün müəyyənləşdirə bilmiş, onların dün­ya­gö­rü­şü­­nün formalaşmasında mütərəqqi rus, türk və Azərbaycan ziyalılarının rolunu qiy­mət­lən­dir­miş, hələ tələbə ikən mol­la­nəs­rəd­din­­çilərin orijinal yol tutmağa, haqq-ədalət uğ­run­da mübarizə aparmağa qabil olduqlarını göstərmişdir.

Məhz özlərinə düzgün yol seçdikləri üçün stolipinlərin, zilli-sultanların, mə­həm­mə­­dəli şahların, sultan əbdülhəmidlərin ləyaqətsizliklərinə “Doğrudan da, Məmdəli, qey­rət həlal olsun sənə” [“Molla Nəs­­­­rəd­din” jur­­­nalı, 1909, №28], “El çəkir namımı min lə­nət ilə” [“Mol­la Nəsrəddin” jur­na­­lı, 1911, №5], “Məmdəli deyir ki” [“Yeni hə­qi­qət” qə­zeti, 1911, №19], “Əb­dül­hə­mid” [“Mol­la Nəsrəddin” jur­na­­lı, 1911, №47], “Mə­­­nimki belə düş­­dü” [“Mol­la Nəsrəddin” jur­na­­lı, 1909, №18] və s. satirik şeir və fel­yetonlarında qə­zəb­lə gül­­müş, onları cəsarətlə tənqid etmişlər. Kamal Camalov mol­la­nəs­rəd­din­­çilərin bu cə­­sa­rət­­lə­ri­ni böyük fəzilət adlandırır və sevinir ki, bu cür nümayişkaranə açıqlıq faciə do­ğur­ma­­mış, xə­tər sovuşmuşdur.

Monoqrafiyada mol­la­nəs­rəd­din­­çilərin xalqa, vətənə təmənnasız xitmətlərini ən mü­qəd­­dəs əxlaqi keyfiyyət hesab edən bir vətəndaş olmaları inkarolunmaz faktlarla aş­kar­la­nır. Biz monoqrafiyanı vərəqləyərkən mol­la­nəs­rəd­din­­çiləri sosial demokratiyanın bü­tün demokratik mə­ram­na­mə­lə­ri­ni qəbul edən bir maarifçilər kimi görürük. Onların ic­ti­mai-siyasi və pedaqoji görüşləri inqilabi demokratik fikrin ifadəsinə, ictimai-pedaqoji fəa­liyyətin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Mol­la­nəs­rəd­din­­çiləri tədqiqatçı bizə Yan Amos Komenskinin, Conn Lokkun, Tols­to­­­­yun, Pestalossinin, Uşinskinin, Ma­ka­ren­konun ideyalarından bəhrələnən bir müəllimlər, ma­­­arifçilər kimi təqdim edir. Bu, həqiqətən də belədir: Uşinski kimi pedaqoqlar da la­­­zım bil­mişlər ki, uşağın təlim və tədrisi də ha­­­man “yaxından uzağa” və “məlumdan qey­­ri-mə­lu­ma” getmək üsulu ilə ol­sun...”. “K.D.Uşinski təfəkkürün və nitqin mü­şa­hi­də­çi­li­­yi vəh­də­ti prin­­si­pin­dən çı­xış edə­­rək göstərir ki, şagirddə dil və təfəkkür qabiliyyəti birgə in­­ki­şaf et­mə­li­dir” [Bax: səh.165]. K.D.Uşins­­kinin təlimi ilə “Yaxından uzağa”, “mə­lum­­­­­dan qeyri-mə­­lu­ma”, “tə­­bii üsul ilə” dü­­zülən, “yazılışı təqdirə və təhsilə layiq”, “in­­­­­­san­lıqla oxu­­­nan” dərs­li­­yin di­gər bir üstün­lü­­yünü Üzeyir Hacıbəyov tərbiyə işlərində uşaq­­­­ların həm qəl­bi­ni, həm əq­­­­li­­ni, həm də zövqünü tər­­biyə edəcək vasitə kimi yük­­sək qiy­mət­ləndirir. Çün­ki bu üsul öz həyatiliyi, əyaniliyi və didaktik prinsiplərinə tam uyğunluğu ilə ona xoş gəlir.

Pedaqoji fikir tarixi, eləcə də XX əsrin əvvəllərində nəşr edilmiş mətbuatla tanış olan tədqiqatçılara bəllidir ki, həmin dövrdə məktəblərdə hansı elmlərin öyrədilməsi, dərs­lərin hansı üsulla keçirilməsi böyük mübahisələrə səbəb olmuş, bir neçə il mətbuat sə­hi­fələrində bu barədə fikir mübadiləsi aparılmışdır. Hətta “Nəşri-maarif” və “Nicat” cə­miy­­yətləri də bu məsələyə xüsusi diqqət yetirmişlər. Təəssüf ki, həmin yazıların bə­zi­lə­rin­­də xalq məktəbləri direktoru Levnskinin “lal metod”u ilə mütərəqqi əhəmiyyət kəsb edən “təbii üsul” eyniləşdirilmiş, onların fərqli cəhətləri kölgədə qalmışdır. Bu yanlışlıq bə­­zi tədqiqatçılarımızın da yazılarında özünü göstərir. Monoqrafiyanın məziyyətlərindən bi­ri də həmin üsullar arasındakı fərqli cəhətləri göstərməsindədir. Tədqiqatçı çox düzgün qeyd edir ki, Azərbaycanın mütərəqqi fikirli ziyalıları, o cümlədən C.Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov, Məmməd Səid Ordubadi və başqaları Levnskinin “lal metod”una qarşı ciddi mü­ba­ri­zə aparmışlar. Lakin dar dünyagörüşlü bəzi müəllimlər həmin üsuldan istifadə etmişlər [Bax: “Mol­la­ Nəs­­­­rəd­din” jurnalı, 1907, №42].

Müəllimlərin I qurultayında Nəriman Nərimanovun başçılığı ilə mütərəqqi fikirli zi­ya­lı­la­rı­­mız “lal motod”un məktəblərimizdən götürülməsinə qərar verdilər. Söz yox ki, bu qə­ra­rın qəbul edilməsində mollanəsrəddinçilərin də xidməti monoqrafiyada təhlil olunmuşdur [Bax: səh.170-186].

Mol­la­nəs­rəd­din­­çilər müəllimlik sənətinə həmişə yüksək qiymət vermiş, mü­əl­lim­lə­ri xalqın gözünü açmağa çağırmış və onların həqiqi müdafiəçisi olmuşlar. Onlar pedaqoji mə­­­sələlərə, xalq maarifinə dair yazdıqları “hər bir böyük və kiçik əsərlərinə ən müqəddəs ar­­zu­larını, nəcib duyğularını qatmış, onları ürəyinin hərarəti, gözlərinin qarası ilə yaz­mış­lar”. Mol­la­nəs­rəd­din­­çilər pak vicdanlı müəllimləri jurnal, qəzet vasitəsilə tənqid etməyin əleyh­darı olmuşlar, müəllim ruhundan xəbərləri olmayan müəllimləri isə acımasızcasına sa­­tira atəşinə tutmuşlar. Bax, ona görə də Kamal Camalov mol­la­nəs­rəd­din­­çilərin insani key­fiy­­yətləri haqqında xüsusi danışır, həmin keyfiyyətləri bir növ təlqin edir, alqışlayır. Mol­la­­­nəs­rəd­din­­çilər “sənətin hansı sahəsinə əl atırsa, işə hər şeydən əvvəl, bir vətəndaş kimi gi­rişir, hər biri öz-özündən hesabat tələb edir: nəyin xatirinə yaradırsan, nə məqsədlə ya­zır­­san?”

Kamal Camalov çox düzgün qeyd edir ki, mol­la­nəs­rəd­din­­çilərin gülüşü iki yerə: cavan vax­tı müstəqil, pərdəsiz gülüşə, təcrübə qazandıqdan sonra isə zərif eyham və işarələrlə, məs­xərə yolu ilə gülüşə bölünür. Göstərilir ki, mol­la­nəs­rəd­din­­çilər şit gülüşü sevmir, onlar nəinki gü­lür və güldürür, həm də dü­şün­­dürür. Onların gülüşü dərindir, həmin gülüşlərə ideya bü­külmüşdür, onların gülüşü neş­­­tər kimi öldürücüdür. Qeyd etdik ki, mol­la­nəs­rəd­din­­çilər gü­lür, güldürür, həm də dü­şün­­dürür. Bu yanaşma Üzeyir Hacıbəyovun Məmməd Səid Ordubadiyə yaz­dı­ğı bir məktubda da öz ək­si­ni tapır. “Mollanəsrəddinçilərin gülüşü XX əsrin əvvəllərində müa­­sir­ləri olduğu dövrün mənfiliklərini tənqidə tutmaqla fəhlələrə, zəhmətkeş kəndlilərə, in­­qi­lab işinə xidmətdir”.

Monoqrafiyanın dəyərli cəhətlərindən biri də Kamal Camalov tərəfindən Üzeyir Ha­cıbə­yo­vun “Mol­la­ Nəs­rəd­din” jur­­nalının müxbir üzvü olmasını və eləcə də Cəlil Məm­məd­qu­lu­za­də­­­nin ideyaları ilə səs­ləş­di­­yini ilk dəfə yeni faktlar əsasında oxuculara çatdırmasıdır. Qeyd olunur ki, Üzeyir Hacıbəyov “Mol­la­ Nəs­­­­rəd­din”in həqiqi dostu olmuş, onun apardığı əda­lətli ideya mübarizəsinə inanmış, bu mü­­barizəyə qoşulmuş və onu “Anaş qur­ba­ğa”, “Tıs­­­ba­ğa”, “Ba­­­şı­qa­paz­lı”, “Fəhlə” və s. ki­­­mi gizli imzalarla müdafiə etmişdir. “İrşad” qə­ze­­tinin 21-ci nömrəsində “Mol­la­ Nəs­rəd­din” redaktorunun öldürülməsi haqqında Bakıda şa­yiə yayıldığı və bu xəbərin ma­arif­pər­vər­­lər arasında böyük həyəcana səbəb olduğu ya­zıl­mışdır. Həmin qəzetin 22-ci nöm­rə­sin­də Üzeyir Hacıbəyov şayiə yayanlara maraq dolu cavab yazır: “İndi bu müfəttinlər bil­mə­li­dir­lər ki, işıqdan qorxan şəbpərələr xislətindən: nə fikirləşirsiniz? Bir-iki nəfər məm­məd­qu­lu­­za­dələrin, nemanzadələrin ölümü ilə elə bilirsiniz ki, “Mol­la­ Nəs­rəd­din”i öl­dü­rə­cək­si­niz?! Hərgah xalqımızın bu mücahid fə­da­kar­larının qətlinə əl qalxıza bilən bir dəni [al­çaq, rəzil anlamında – M.M.] və əclaf tapılsa da, bu­nu biləsiniz ki, onların, xudanəkərdə, öl­mək­lə­ri ilə yaratdıqları fədakarlıq, ali fi­kir­lər öl­məz! Bunu biləsiniz ki, Mol­la­ Nəs­rəd­dini öl­dür­mək mümkün olsa da, mol­la­nəs­rəd­din­çi­li­yi öldürmək olmaz!”

Həqiqətən, “Mol­la­ Nəs­rəd­din” haqqında iftixarla danışan, doğru rəy söyləyən, sö­zün­də və mövqeyində sabitqədəm müasirlərindən biri olan Üzeyir Hacıbəyov ol­muş­dur.

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəl­­limi, icitimai-siyasi xadim Kamal Camalov özünəməxsus dəsti-xəddi və üslubu olan təcrübəli bir araş­dı­rı­cı­­dır. Tədqiqat apardığı sahədə ən incə mətləblərdən zərgər dəqiqliyi ilə söz açmağı sevir. Məhz bu keyfiyyətlər ona “Mollanəsrəddinçilərin maarifçilik ideyaları” sanballı monoqrafiyasını yük­sək keyfiyyətlə yazmaq imkanı vermişdir. Kitab ədəbi-pedaqoji ictimaiyyətimiz, xü­su­silə mollanəsrəddinçilər irsini öyrənənlər üçün layiqli töhfədir. 350-dən artıq elmi-pedaqoji fəaliyyəti ilə oxucuların dərin rəğbətini qazanmış Kamal Camalovdan biz bir daha yeni-yeni monoqrafiyalar, dərsliklər və dərs vəsaitləri gözləyirik.

Müdafiə MAHMUDOV

Pedaqogika üzrə elmlər doktoru, professor

Oxunma sayı 9547