Monqolustan Çinlə sərhədi bağladı

14:04 27.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Monqolustan hökuməti geniş yayılmaqda olan koronavirusla əlaqədar Çin sərhədini bağladığını elan edib.

Hafta.az-ın məlumatına görə, sərhəd qeyri-müəyyən müddətə bağlı qalacaq.

Bundan başqa, hökumətin bugünkü iclasında ölkə ərazisində məktəb və universitetlərdə dərslərin dayandırılması qərara alınıb. Təhsil mərkəzləri martın 2-dək bağlı qalacaq.

 

Hökumət, həmçinin vətəndaşları kütləvi mitinqlərə toplaşmamağa çağırıb.

Oxunma sayı 131