Moskvanın məşhur teatrı Azərbaycana səfərə gəlib

14:20 02.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskvanın Vaxtanqov adına Dövlət Akademik Teatrının sentyabrın 1-dən Azərbaycana səfəri başlayıb.

Hafta.az TASS-a istinadən xəbər verir ki, qastrol səfəri M.A.P. (music, art, performance) devizi altında 3-cü Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşır. 

Festivalın əsas hissəsi oktyabrın 10-20-da keçiriləcək.  

Teatrın Bakıda nümayiş etdirdiyi ilk tamaşa rus şairi A.Puşkinin “Yevgeni Onegin” mənzum romanı əsasında teatrın bədii rəhbəri, litvalı rejissor Rimas Tuminas tərəfindən Azərbaycan Dövlət Akademik Musiqi Teatrının səhnəsində qoyulub. Tamaşaçıların doldurduğu salonda üç saatdan artıq davam edən tamaşa subtitrlərlə müşaiyət olunub.

Vaxtanqov teatrının bədii rəhbəri R.Tuminas builki festival çərçivəsində Rusiya, Böyük Britaniya, Macarıstan, Finlandiya, Latviya, İspaniya, İsrail teatr kollektivlərinin Bakıya təşrif buyuracağını bildirib.