MSK-da işçi qrup yaradılıb

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
AzƏrbaycanda bəzi bələdiyyələrə təkrar seçkilərin keçirilməsinə ictimaiyyətin marağı yüksəkdir. Bunu Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib. “86 dairə üzrə 330 bələdiyə üzrə seçkilər elan olunub və 29 bələdiyyəyə seçilmək üçün artıq 73 nəfər müraciət edib, onlardan 63 nəfəri imza vərəqələrini alıb. Bu, onu deməyə əsas verir ki, ictimaiyyətin bu seçkilərə marağı yüksəkdir“, - Pənahov bildirib. O, qeyd edib ki, seçkilər kifayət qədər sürət götürüb. Pənahov həmçinin qeyd edib ki, MSK üzvləri ictimaiyyəti maarifləndirmək üçün İctimai televiziyada verilişlərdə iştirak edəcəklər. Pənahov həmçinin qeyd edib ki, MSK üzvləri ictimaiyyəti maarifləndirmək üçün İctimai televiziyada verilişlərdə iştirak edəcəklər. Mərkəzi Seçki Komissiyasında İşçi Qrupu da yaradılıb. Mərkəzi Seçki Komissiyasının keçirilən iclasında imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün İşçi Qrupu formalaşdırılıb. Qrupun üzvləri Ədliyyə, Daxili İşlər, Vergilər nazirləklərindən, Hesablama Palatasından və Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin ekspertlərindən, həmçinin MSK üzvlərindən ibarət olacaq.
Azad
Oxunma sayı 89