MSK daha 9 məntəqədə seçkilərin nəticələrini ləğv edib

17:31 25.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 50 saylı Abşeron-Qobustan seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Hafta.az-ın məlumatına görə, həmin dairədən daxil olan müraciətdə seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü İlkin Şahbazov bildirib ki, MSK tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular 9 seçki məntəqəsində öz əksini tapıb. İ.Şahbazov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Oxunma sayı 83
Siyasət rubrikasından digər xəbərlər