Ceyhun Nağısız keçən 39 yaş...

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt

O, bizim qəlbimizdə daim yaşayacaq

BIr mələk gəlmişdi bizim dünyaya,
Mələk cildində mirvarim getdi.
Boylana bilmirəm Günəşə, Aya,
Ömrümün yaz fəsli, baharım getdı.
O bir ulduzuydu, parladı, söndü,
Əbədi iz qoydu qəlbimizdə o.
Tanrı dərgahına üz tutdu, getdi,
Dönmüşdü çöhrəmizdə təbəssümə o
Bir ömür yaşadı, qısa bir ömür,
Yaşamaq öyrətdi tay- tuşlarına.
Biz ondan öyrəndik Bətən eşqini,
Ceyhun tək çevrilək vətən daşına.

Qələndər Xaçınçaylı

Ceyhun müəllimi gec qazandıq, tez itirdik. Mən onu həmişə Cek Londonun “Həyat eşq“indəki fədakar insan kimi xatırlayacam. Onu həm də barışmadan həyatla mübarizə aparan, çətinliklərə sinə gərən, problemlərini büruzə verməyən bir ləyaqətli insan kimi xatırlayacam.

Ceyhun müəllimin gedişi “müharibənin başlanğıcına, 39-a“ təsadüf etdi. Bu onun son mənzilə apardığı bəlkə də son sirridir. 39-cu doğum günü qeyd olunur, bu dəfə Ceyhun olmadan. Yaşasaydı, əl-qol açıb oynayardı. Qismət deyilmiş. Biz onu həmişə yad edəcəyik, xatirəsini əbədiləşdirəcəyik. Bu yaxınlarda Ceyhun Nağı haqda kitab da işıqüzü görəcək. “Facebook“ səhifəsində də gördük ki, onu sevənlər, dostları yad etdilər. Bu o deməkdir ki, Ceyhun müəllim hamının sevimlisidir. Nə yazıq ki, hamını sonda ağladıb getdi. Gün keçdikcə redaksiyada yeri daha da görünür, yoxluğu ilə barışmaq olmur. Ceyhun Nağı ölmədi, bizim qəlbimizdə yaşayır. Ahmet Kayanın bir ifasında deyildiyi kimi, “yaşayanlar bir gün ölür“. Yəni sıradan deyil, vicdanla yaşayanlar ölürlər. Ceyhun da o kateqoriyadan olan biri idi. Doğum gününüzü təbrik edirik, Ceyhun abi.
Nigar