MSK sədrinə evində eletroşok hücumu edildi- Günün təzadları

18:41 06.09.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Panfilovanın Moskva ətrafındakı evinə basqın oldu. Hafta.az yazır ki, APA-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Hadisə gecə saatlarında baş verib.

Maskalı şəxs MSK sədrinə elektrokşokla hücum edib və hadisə yerindən uzaqlaşıb. Quldurluq faktı üzrə cinayət işi başlanılıb, iş Rusiya DİN tərəfindən nəzarətə götürülüb.

 

Ermənilər Kəlbəcərin kəndlərinə qaz çəkməyə başladı

Ermənilər Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunun kəndlərini də qazla təmin etməyə başladı. Hafta.az xəbər verir ki, bu haqda qondarma separatçı-terrorçu rejimin “Artsaxqaz” “qapalı səhmdar cəmiyyəti”nin rəhbəri sayılan Seyran Mikaelyan “5 sentyabr – qaz işçiləri günü” münasibətilə təbrik müraciətində danışıb. Onun sözlərinə görə, inzibati cəhətdən Kəlbəcər rayonuna aid olan  “Drmbon” adlandırılmış Heyvalı  və “Hetavan” adlandırılmış “Qozlu körpü” kəndlərinə qaz  xətti çəkilib. Xocavənd rayonunun “Uxtadzor” adlandırılmış “Edilli”  kəndinə qaz çəkilişi üçün işlər görülür. İşğaldan öncə çəkilmiş Hadrut-Tuğ qaz xətti isə yenilənib. Xatırladaq ki, işğaldan əvvəl Kəlbəcər rayonunun heç bir kəndində mavi yanacaq olmayıb.

 

Qadın siqareti balaca itin gözündə söndürdü

Sinqapurda lentə alınan görüntülər dünyanın gündəmini sarsdı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, gənc qadının balaca itə verdiyi işgəncələr geniş müzakirələrə yol açıb. Gənc qadın balaca itin ağzını bağlayaraq onun gözündə siqareti söndürüb. Videoda itin əzablar içərisində çıxardığı səslər də yer alıb. Görüntülər sosial şəbəkədə sürətlə yayılıb. Gənc qadın sosial şəbəkə istifadəçiləri tərəfindən ağır tənqid və təhqirlərə məruz qalıb. Görüntülər sosial şəbəkədə Sinqapur Heyvan Qoruma Dərnəyi tərəfindən yayımlanıb. Videonu izləyən insanlar həmin qadının dərhal tapılıb cəzalandırılmasını tələb edir. Qadının tapılması ilə bağlı Sinqapur Heyvan Qoruma Dərnəyi insanlara çağırışıb edib. Hazırda qadının axtarışları davam edir.

 

7 nəfəri və bir heyvanı motosikllə daşıdı

Hindistanda motosiklet istifadəçilərindən biri qeyri-adi addımla diqqət mərkəzinə düşdü.  Hafta.az xəbər verir ki, bu haqda “BAKU.WS” informasiya yayıb. 7 nəfərlik ailə üzvlərini motosikletə mindirən şəxs onlarla birgə uzun məsafə qət edib. Maraqlıdır ki, motosikletdə ailə üzvlərindən başqa heyvan da olub.

 

Türmədən bir neçə gün öncə çıxan Yasamal sakini evində öldü

Bakıda keçmiş məhkum evində ölü tapıldı. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, paytaxtın Yasamal rayon sakini, 1975-ci il təvəllüdlü Məmmədov Nizam Əliağa oğlu yaşadığı evdə ölüb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib. Meyitin ilkin müayinəsi zamanı N.Məmmədovun qaraciyər sirrozundan öldüyü məlum olub. Qeyd edək ki, N.Məmmədov uzun müddətdə həbs həyatı yaşayıb və bir neçə gün əvvəl azadlığa buraxılıb.

 

Xaşmazda məktəb direktoru maşınla adam öldürdü

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi. Hafta.az yazır ki, APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə Qəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Xaçmaz rayonunun Nabran kənd sakini, 1960-cı il təvəllüdlü Orucov Mirbala Zülfüqar oğlu idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə piyada, Qusarçay kənd sakini, 1960-cı il təvəllüdlü Caniyev İslam İbrahimxəlil oğlunu vuraraq öldürüb. Qeyd edək ki, M. Orucov Nabran kənd məktəbinin direktorudur. Faktla bağlı araşdırma aparılır.