MSK-ya edilən şikayətlərin sayında azalma var - Məzahir Pənahov

10:43 20.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) edilən şikayətlərin sayı azdır.

Hafta.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.

Məzahir Pənahovun sözlərinə görə, yalnız Seçki Məcəlləsinin tələblərinə uyğun olan şikayətlərin sayı deyil, ümumilikdə şikayətlərin sayında azalma müşahidə olunur:

"Bəzi şikayətlər var ki, biz istəsək də, onlar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq MSK-nın iclasında müzakirəyə çıxarıla bilməz. Belə şikayətlər də daxil olmaqla, MSK-ya daxil olan şikayətlərin sayı 40-ı keçməyib".

M.Pənahov bildirib ki, parlament seçkilərində iştirak üçün rekord sayda namizədlərin qeydə alınması müsbət haldır:

"Görünür ki, artıq insanlar cəmiyyətdə baş verən dəyişikliklərə biganə yanaşmırlar. İctimaiyyət tərəfindən ölkədə baş verən proseslərə qarşı fəallıq hiss olunur".

Oxunma sayı 132
Siyasət rubrikasından digər xəbərlər