“Müasir Cənubi Azərbaycan ədəbiyyatı“ mövzusunda dəyirmi masa

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan“ klubunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş “Müasir Cənubi Azərbaycan ədəbiyyatı“ mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada AYB-in Cənubi Azərbaycan bölməsinin rəhbəri Sayman Aruz “Cənubi Azərbaycan ədəbiyyatının problemləri“ mövzusunda məruzə edib. Natiq o taylı bu taylı ədəbiyyatımızın Cənubda sevilən sənətkarların, həm də Azərbaycan ədəbiyyatında imzası tanınmış şair və yazıçıların yaradıcılıqları, onların qarşılıqlı təbliği ilə bağlı məsələlərə toxunub. Xalq şairi Söhrab Tahir, şairlər Xeyrəddin Qoca, Abbas Abdulla və başqaları məruzə ətrafında öz fikirlərini bölüşüblər. Sonra tədbir diskussiya şəklində davam edib.

Oxunma sayı 127