Yunanıstanda yeni tətillər

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
YUNANISTANDA hökumətin iqtisadi siyasətinə etiraz olaraq növbəti ümumxalq tətilinə start verilib. Dünən səhərdən başlanmış 48 saatlıq tətil aviareyslərin təxirə salınmasına, ictimai nəqliyyatın, həmçinin xəstəxanaların, məktəblərin, mağazaların və sair obyektlərin fəaliyyətini dayandırmasına səbəb olub. Afina küçələrinə əlavə polis qüvvələri çıxarılıb. Parlamentə aparan yol bağlanıb.



Oxunma sayı 125