Müdafiə Nazirliyi ağacəkmə aksiyasında iştirak edib

16:18 06.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, idarə və təşkilatları da qoşulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına və ətraf mühitin mühafizəsinə kömək məqsədilə keçirilən ağacəkmə kampaniyasında Müdafiə Nazirliyinin rəhbərliyi də iştirak edib.

Azərbaycan Ordusunun hərbi hissələrində təşkil olunan aksiyada müxtəlif ağac növləri əkilib.

Oxunma sayı 31
Gündəm rubrikasından digər xəbərlər