Müdafiə Nazirliyi “Zəfər marşı” adlı yeni videoçarx hazırlayıb - VİDEO

18:20 28.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin genişmiqyaslı əməliyyat-taktiki təlimlər ərəfəsində təqdim etdiyi “Qələbəyə gedən yollar” videoçarxı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla izlənilib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, Mərkəz 28 May – Respublika Günü münasibəti ilə “Zəfər marşı” adlı yeni layihəni təqdim edib. Marşın sözləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaniyə, musiqisi bəstəkar Azad Zahidə, ifası isə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi rəisinin müavini, Əməkdar artist, Prezident mükafatçısı mayor Cahangir Qurbanova aiddir.

Oxunma sayı 6316
Siyasət rubrikasından digər xəbərlər