“Münaqişəsinin indiyədək ədalətli həllini tapmamasında bütün dünya ictimaiyyəti məsuliyyət daşıyır” – Politoloq

13:51 12.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Dağlıq Qarabağ münaqişəsinin indiyədək ədalətli şəkildə öz həllini tapmamasında dünyada söz sahibi olan, dünya siyasətinə təsir edən, beynəlxalq hüququn həyata keçirilməsinin təminatçısı olan bütün dünya ictimaiyyəti məsuliyyət daşıyır”.

Hafta.az xəbər verir ki, bunu politoloq Nəzakət Məmmədova deyib. Politoloq bildirib ki, xüsusilə də böyük güclərin, dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların burada məsuliyyəti böyükdür:  “Hər bir həlak olan əsgərə, hər bir ölən dinc vətəndaşa, ümumiyyətlə itirilmiş hər bir insan həyatına görə onlar məsluliyyət daşıyırlar. Çünki onlar imkan vermirlər ki, Azərbaycan öz ərazisini hərb yolu ilə geri qaytarsın. Ona görə də münaqişə sülh yolu ilə həllini tapmadıqca, atəşkəs pozulduğu, müharibə qorxusunun olduğu hər gün sülhün uduzduğu, sülhün itirildiyi gündür”.

Politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının başlıca səbəbi əlbəttə ki, beynəlxalq hüquqa saymazyana münasibət, dünya siyasətində mövcud olan ikili standartlar və bu şəraitdən ermənilərin məharətlə yararlanmasıdır: “Hazırda dünyadakı real vəziyyətin yaratdığı “əlverişli” şərait ermənilərin məkrli xisləti ilə uyğunluq təşkil edir. Ermənilər daim istənilən şəraitə uyğunlaşmağa, yaranmış vəziyyətdən öz mənafeləri naminə istifadə etməyə çalışıblar və bu prinsip indi də dəyişilməz olaraq qalır. Beynəlxalq təşkilatlar əslində bir qayda olaraq beynəlxalq hüququ, habelə öz nizamnamələrini əsas götürməli olduqları halda daha çox orada söz sahibi olan böyük dövlətlərin, lobbilərin maraqlarının icraçısı kimi çıxış edirlər”.

Siyasət rubrikasından digər xəbərlər