Con Lennonun dişi satışa çıxarılacaq

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
Əfsanəvi musiqi qrupu “Beatles“in qurucularından biri olan Con Lennonun dişi satışa çıxarılacaq. Lennonun ev qulluqçusuna xatirə olaraq hədiyyə etdiyi dişi gələn ay açıq auksionda müştərilərini gözləyəcək. Lennonun 1960-cı illərdə İngiltərənin Surrey şəhərində yaşadığı dövrdə ev işlərində kömək etməsi üçün işə götürdüyü Don Carletə hədiyyə etdiyi dişin auksionda 10 min funt-sterlinqə müştəri tapacağı gözlənilir. Lennonun hədiyyəsini əvvəlcə zibil qutusuna atmaq istəyən qadın sonradan bu qərarından vaz keçib. Don Carlet bir müddət öncə də Lennonun jaketini açıq auksionda satmışdı. Lennonun dişi 5 noyabrda satışa çıxarılacaq.




Nigar
Oxunma sayı 34