RƏSMİ

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
Prezident İlham Əliyev oktyabrın 18-də ABŞ dövlət katibinin birinci müavini Uilyam Börnsü qəbul edib. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, energetika sahəsində qlobal layihələr və təşəbbüslərlə bağlı birgə əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanda beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti qeyd edilib.

TürkiyƏ prezidenti Abdulla Gül oktyabrın 18-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, A. Gül İ. Əliyevi Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulayıb. Dövlət başçısı təbrikə və göstərilən diqqətə görə Türkiyə prezidentinə minnətdarlığını bildirib. Dövlət başçıları ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Prezident İlham Əliyev oktyabrın 18-də Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ekvadordan ilk dəfə nazirlər səviyyəsində Azərbaycana nümayəndə heyətinin gəldiyini vurğulayan prezident İ. Əliyev bu cür səfərlərin sayının artacağına və bu səfərin ölkələrimiz arasında fəal ünasibətlərin əsasının qoyulması işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib. Dövlət başçısı ekvadorlu nazirin Azərbaycana səfərinin uğurlu olacağına əminliyini ifadə edib. Öz növbəsində, ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayan qonaq bu səfərin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müəyyənləşdirilməsi baxımından geniş imkanlar açacağını deyib.

Prezident İlham Əliyev Azərbaycanın “Rabitə“ voleybol klubunun mükafatlandırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən “Rabitə“ voleybol klubunun Qətərin paytaxtı Doha şəhərində keçirilmiş qadın voleybol klubları arasında dünya çempionatının qalibi olması münasibətilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Rabitə“ voleybol klubuna 500 (beş yüz) min manat məbləğində vəsait ayrılıb.

TürkiyƏnin baş naziri Rəcəb Tayyib Ərdoğan oktyabrın 18-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ərdoğan prezident İ. Əliyevə Dövlət Müstəqilliyi günü münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar, cansağlığı arzulayıb. Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə baş nazirinə minnətdarlığını bildirib. Azərbaycan prezidenti və Türkiyənin baş naziri ölkələr arasında qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluqlarını ifadə edib, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Azad

Oxunma sayı 211