Müsavat Partiyasının bir qrup üzvü icazəsiz aksiya keçirməyə cəhd edib - FOTO

15:07 12.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Saat 15:00 radələrində Müsavat Partiyasının bir qrup üzvü Bakı Şəhər İcra Hakimiyyətinin önündə icazəsiz aksiya keçirməyə cəhd göstərib.

Hafta.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, piket hazırda pərakəndə şəkildə davam edir. Aksiyaya qatılan "Müsavat" üzvülərindən bəziləri saxlanılıb.

Bir qədər əvvəl isə adıçəkilən partiyanın bir neçə üzvü - Səxavət Soltanlı, Könül Alı, Yaşar TürkAzər və digərləri polis tərəfindən saxlanılıb. 

Qeyd edək ki, hazırda polis Bakı meriyasının qarşısında gücləndirilmiş rejimdə işini davam etdirir. 

Oxunma sayı 38
Siyasət rubrikasından digər xəbərlər