Müsavatın mühacir alverinin pərdəarxası - mühacir uduzdu ya "Müsavat"?

17:11 18.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Almaniyada mühacir alveri ilə məşğul olan dəstənin ifşa edilməsi, saxta sənəd hazırlamaqda şübhəli bilinənlərin saxlanılması işi getdikcə böyüyür. Almaniyada saxta sənədlə qaçqın statusu alan “Mühacir alveri” qurbanlarının yaşama izninə yenidən baxıla biləcəyi ilə bağlı ciddi müzakirələr gedir.

Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın “Müsavat” Partiyasının üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan yeddi nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən altı ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

“Müsavat” Partiyası funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar. AXCP təmsilçiləri isə “aydan arı, sudan duru” görkəmi ilə susmağa üstünlük verirlər.

Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) əvvəllər də bununla bağlı qərarları olub. Ötən günlərdə Almaniyanın 6 əyalətində “mühacir alveri” ilə məşğul olan cinayətkar dəstənin üzvlərinin saxlanılmasından sonra Almaniya mediası BAMF rəhbərliyini sərt şəkildə tənqid edib. Televiziya verlişlərdə danışan miqrasiya mütəxəssisləri bildiriblər ki, BAMF-in maddi texniki bazası gücləndirilsə də, federal idarə hələ də qaçqın və miqratlarla bağlı məlumatları dəqiqləşdirə bilmir. Onlar Almaniyadan sığınacaq istəyən şəxslərin kimlikləri ilə bağlı məlumat verməyib sonradan ölkədə terror aktı törətməsini misal çəkiblər.

Avropada yaşayan gənc fəal Nahid Cəfərov “Müsavat” Partiyasının “mühacir alveri” qalmaqalından danışarkən deyib ki, bəzi cəbhəçilər -Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri - bu gündən sizin üçün də var: “Birlikdə AND deyilən təşkilat yaratdığınız Fikrət Hüseynli və vitrinə qoyduğunuz Türkel Azərtürkün əməllərini nə tez unutdunuz?! Sizlə bağlı da işlər gedir, buna əmin ola bilərsiniz: “Getdikcə həm cəbhəçilərə, həm də hər kəsə aydın olacaq ki, xalq niyə sizlərə və sizin simanızda bütün müxalifətə nifrət edir”.

Tanınmış hüquqşünas Əkrəm Həsənov deyir ki, ortada sənədlərin saxtalaşdırılmasına dəlalət edən məlumatlar var: “Sənədlər saxtalaşdırılıb. Həmin sənədlərin Azərbaycanda saxtalaşdırılması ehtimalı var. Deport olunan şəxslərin saxtalaşdırılmada iştirakı sübut olunsa, onlar məsuliyyət daşıyırlar. Hətta bu əməl Almaniyada baş veribsə, yəni cinayət əməli orada törədilibsə, bu halda Azərbaycan qanunvericiliyinin tələbi budur ki, saxtalaşdırmada iştirak edən Azərbaycan vətəndaşı məsuliyyət daşıyır. Yəni Almaniya qanunları ilə cəza nəzərdə tutulmasa belə, həmin şəxslərin Azərbaycanda məsuliyyət məsələsi var”.

Rәşad Mәmmәdov Almaniyada Müsavat üzvlәrindәn ibarәt "mühacir alveri" bandasının üzә çıxmasında çox böyük vә önәmli rol oynayıb. Bu haqda Koblenç mәhkәmәsi hәbs vә axtarışlarla bağlı sanksiya qәrarında göstәrir.

Bu haqda Avropada yaşayan Müsavatçı jurnalist Yafəz Əkrəmoğlu sosial şəbəkədə yazıb.O bildirb ki, "Xüsusilә, Mәmmәdov dolğun vә inandırıcı, öz әksini tapan mәlumatlar vermişdi. Özünün dә ziyan görәcәyini nәzәrә alaraq. Qardaşı Arif Hacılı (Müsavat Partiyasının sədri - red) ilә birlikdә boğaza qәdәr "mühacir alveri"nә bulaşan, bu çirkin işlә qidalanan Mustafa Hacıbәyli vә әtrafının indi Rәşad Mәmmәdovun üzәrinә getmәsi normaldı. Axı, bunların çirkin işlәrinin üstünün açılmasında böyük rol oynayıb Rәşad".

Jurnalist Koblenç mәhkәmәsinin hәbs vә axtarışlarla bağlı sanksiya qәrarının Rəşad Məmmədovla bağlı olan hissəsini işarələyərək paylaşıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cnayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinir.

Jurnalist Aygün Muradxanlı deyib ki, mühacir biznesinin tarixini çox da yeni saymayın. 12 il öncə müxalifət düşərgəsi ilə yaxından-uzaqdan əlaqəsi olmayan və TV-lərdən birində texniki işçi kimi çalışan tanışım müxalifət partiyasının biletini almaqda ona yardım etməmi istəyəndə daş atıb başımı tutmuşdum: “Deyirdi ki, dostu qısa müddət içində pulla alıb və o əsasla ailəsi ilə Almaniyada yaşayır. “Sən nə danışırsan?”, “heç vaxt ola bilməz”, “Nizamnamə nəyi necə tələb edirsə elə olmalıdı, başqa yolu yoxdur” deyib, müxalifətçilərə böhtan atdığına görə haqqında ağır danışmışdım. Heç tövrünü pozmadan gülə-gülə demişdi ki, əsəbləşmə, adam tapıb 2 saata Müsavatın vəsiqəsini alım, onda danışarıq. Dediyini eləmişdi. 2 saata, 2 aya bilmirəm, amma sonda “müsavatçı” oldu, Almaniyaya köçdü.

O vurğulayıb ki, Müsavat Partiyası belə boşaldıldı, bu alver partiyanın nüfuzunu yerlərə düşürtdü, mühacir biznesi bu haqda danışanların üzərinə trol sürüsü salına-salına çiçəkləndi, mitinqlər təzə “bazar dalğası” yaratmaq üçün keçirildi. Partiya rəhbərliyi isə burnunu yuxarı tutub ali ideyalardan dəm vurdu:

"Mühacir həyatının çətinlikləri, əzabları sözə gəlməz. Doğma söz eşitməyib doğma üz görməməkdən insanların necə depressiyaya düşdüklərini dəfələrlə görmüşəm. Vətəndə gələcək görməyib Avropaya sığınanların çoxu psixoloji travmalarla ömür sürür. Övladlar dəyişir, nəsillər arasında əlaqə itir. Bəlli yaşdan sonra Avropanın sərt qanun-qaydası ilə yaşamaq asan gəlməsin".

Jurnalist qeyd edib ki, əsas məsələ saxta müxalifət vəsiqələrinin satılmasıdır: "Özünü müxalifət lideri adlandıran şəxslər buna görə illərini müxalifət düşərgəsində keçirib vəsiqə ala bilməyən, tamamilə təsadüfi insanların vəsiqə almasına üsyan edən gerçək müxalifətçilər qarşısında mənəvi məsuliyət daşıyırlar.

Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişlə dövlət onların normal həyata adaptasiyasını - cəmiyyətə təkrar reinteqrasiyasını təmin etmək öhdəliyi götürüb.

Siyasət rubrikasından digər xəbərlər