Müsəlman  sürücü 70 mini sahibinə qaytardı- Günün təzadları

19:35 15.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Tehranda bir taksidə 70 min avro nağd pulla dolu çantalarını unudan  polyak ər-arvad qiymətli əmanəti vicdanlı bir müsəlman sürücü sayəsində geri ala bilıb. 

Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, bu haqda “Borna” xəbər agentliyi məlumat yayıb. İranlı taksi sürücüsü Əli Həsən Zəfəri avtomobildə unudulmuş çantanın  sahiblərini tapmaq üçün çox vaxt sərf etsə də, nəhayət, onları tapıb pulu qaytarmağa müvəffəq olub. O, müştərilərin polyak olduğunu anlayaraq  əmanəti Polşanın Tehrandakı səfirliyinə təhvil verib. Tehran meri Piruz Hanaçi taksi sürücüsü Əli Həsənin əsl müsəlmana layiq vicdanlı davranışını alqışlayaraq onu medal və pul mükafatı ilə təltif edib. Mer sürücünün tezliklə digər maliyyə yardımı da alacağına  söz verib.

 

Oğuzda toydan çıxan kişini maşın vurdu

Oğuz rayonunda toydan çıxan sərxoş şəxsi avtomobil vurdu. Hafta.az yazır ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə noyabrın 14-ü axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şəki rayonunun Qayabaşı kənd sakini, 1968-ci il təvəllüdlü Kamil Surxay oğlu Hüseynov yolu keçmək istəyərkən "Oteco" markalı yük avtomobili tərəfindən vurulub. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlumata görə, K.Hüseynov Oğuz rayonunda toy mərasimində iştirak edib və hadisə də toydan çıxıb evə gedərkən qeydə alınıb. Onun sərxoş olduğu bildirilir.

 

72 yaşlı ingilis özünü əməliyyatla qadın etdi

İngiltərənin Uimborn-Minster   şəhərinin sakini 72 yaşında  əməliyyatla qadın oldu. Hafta.az  xarici mediaya istinadla xəbər verir ki, bu haqda “Daily Mail” nəşri məlumat yayıb. "Hər zaman qadın geyimlərini çox sevirdim. On yaşımda xalam evdə olmadığı zaman paltarlarını geyinərək onu yamsılamağa çalışırdım" - deyə ahıl çağında normal insana layiq olmayan addım atan 72 yaşlı ingilis “ağsaqqal” arsızcasına söyləyib. Pippa Cons bir  mədən kəndində nənəsi ilə böyüyüb. Demək olar ki, bütün həyatı boyu Cons “LGBT” icması haqqında heç nə eşitməyib və özü kimi birinin olduğunu bilməyib.  Cinsiyyət dəyişikliyindən sonra Cons Londonda bir transgender tədbirinə qatılıb.

 

Mətbəx baltası ilə supermarketə girdi və…

Böyük Britaniyanın Lester şəhərində supermarketdə qorxulu anlar yaşandı. Hafta.az xəbər verir ki, bu haqda Oxu.az məlumat yayıb. 37 yaşlı Yanuş Samonek əlində mətbəx baltası ilə supermarketə daxil olub və insanları hədələyib. Qorxuya düşən insanlar arasında çaxnaşma yaranıb. Bir tələbə isə bunları videoya çəkib. Həyəcan siqnalı çalındıqdan beş dəqiqə sonra gələn polislər insanları təxliyyə edib, qorxanları sakitləşdiriblər. Supermarketin rəhbərliyi isə anlayışlı davrandıqları üçün müştərilərə təşəkkür edib.

 

Bakıda ata və oğul bıçaqlandı

Paytaxtda bıçaqlanma hadisəsi oldu. Hafta.az Musavat.com-a istinadla  xəbər verir ki, hadisə  Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 51 yaşlı Qaybalıyev Salman Allahverdi oğlu və oğlu 26 yaşlı Qaybalıyev Davud Salman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. S.Qaybalıyevə sol budun deşilmiş yarası, D.Qaybalıyevə isə qarnın sıyrılmış yarası diaqnozu qoyulub.

 

Aeroportda iki təyyarə toqquşdu

Moskvanın Şeremetyevo aeroportunda iki təyyarə toqquşdu. Hafta.az xəbər verir ki, bu haqda Virtualaz.org rus mətbuatına istinadla məlumat yayıb. Aeroportun fövqəladə hal xidməti insidenti təsdiq edib. “A-320” təyyarəsi dayanacağa doğru hərəkət edərkən başqa bir təyyarəni qanadı ilə vurub. Məlumata görə, təyyarənin göyərtəsində həmin an 42 nəfərin olduğu qeyd edilir. Xəsarət alan olmayıb. Hazırda mütəxəssislər təyyarələri nəzərdən keçirirlər.