Narkoloji Mərkəzin baş direktoru işdən çıxarılıb

16:15 14.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsindən azad olunub.

Bu barədə hafta.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyev bu gün bununla bağlı əmr imzalayıb.

Nazirin əmri ilə Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Səhiyyə nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Oxunma sayı 157