Narkotacirdən 5 kq-dan çox heroin götürülüb

12:10 03.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda narkotacir saxlanılıb.

Hafta.az-ın məlumatına görə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E. Əliyev saxlanılıb. Onun üzərində 20,632 qram heroin aşkarlanıb. Onun evində aparılan axtarış zamanı 5 kq-dan çox heroin götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 128