Natalya Məmmədova karyerasını bitirdi

17:10 06.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Natalya Məmmədova karyerasını bitirib.

Hafta.az goal.az-a istinadən xəbər verir ki, 34 yaşlı voleybolçu son olaraq Qazaxıstanın "Altay" klubunda çıxış edib. O, bu komandanın heyətində Qazaxıstan çempionatının və kubokunun qalibi olub. Mövsüm başa çatdıqdan sonra "Altay"dan ayrılan Natalya karyerasını başa vurub.

Qeyd edək ki, Ukrayna əsilli Natalya Məmmədova karyerası ərzində Azərbaycanın "Azərreyl", "Rabitə", Rusiyanın "Zareçe", "Dinamo" (Krasnodar), "Dinamo-Kazan", "Omiçka", İsveçin "Volero", İspaniyanın "İcaro" və Türkiyənin "Türk Telekom Ankara" klublarında çıxış edib.