Naxçıvanda snayperlər hərəkətə keçdi - VİDEO

22:38 02.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı keçirilib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə,  toplantıda əsas məqsəd kəskin relyef və iqlim şəraitinə malik olan Naxçıvan ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması olub.

“Ən yaxşı snayper” adı uğrunda keçirilən yarışda snayperlərin müxtəlif üsullarla maskalanması və müşahidə aparmaq bacarıqları yoxlanılıb, müxtəlif məsafələrdə yerləşən hədəflərə atışlar icra edilib.