Naxçıvanda yenidən zəlzələ oldu

18:23 23.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün yerli vaxtla saat 17:22-də Şahbuz stansiyasından 10 km şimal-qərbdə Şahbuz rayonunda zəlzələ qeydə alınıb.

Hafta.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.  

Qeyd edək ki, yanvarın 21-də saat 23:23-də Şahbuz stansiyasından 11 km şimal-qərbdə Şahbuz rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Oxunma sayı 234