Nazir: Azərbaycanın qeyri-neft ixracı 26,5% artıb

17:22 06.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-aprel aylarında ilkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın qeyri-neft ixracı 26,5% artıb.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, təkcə aprel ayında 62,5% artım qeydə alınıb. "Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. Pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir", - nazir əlavə edib.

Qeyd edək ki, bu ilin I rübü ərzində Azərbaycanın ixracı 4,1 mlrd. ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 501,5 mln. dollar təşkil edib.

Oxunma sayı 511