Naziri küçədə bıçaqla yaraladılar 

11:53 10.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İndoneziyanın Təhlükəsizlik naziri Virantoya silahlı hücum baş verib.

Hafta.az yazır ki, hadisə ölkənin Banten əyalətində yerləşən Pandeglang şəhərində yaşanıb. Nazir şəhərdə olarkən bir nəfər ona adi cib bıçağı ilə hücum edib. 

Nazir Viranto yaralanıb və təcili olaraq şəhər xəstəxanasına aparılıb. Təhlükəsizlik Nazirliyi hələlik nazirin tibbi vəziyyəti ilə bağlı hər hansı məlumat açıqlamayıb. 

Polisin məlumatında deyilir ki, bıçaqlı cinayətkar həps edilib və hadisə ilə bağlı istintaq gedir.