Neft bazarı pis-yaxşı balanslıdır - Robert Dadli

19:08 10.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Neft bazarı pis-yaxşı balanslıdır.

Bu sözləri BP-nin baş icraçı direktoru Robert Dadli deyib.

“Saudi Aramco” sentyabrdakı hücumlardan sonra hasilatı tez bərpa etdi, bazarı sabitləşdirmək və tələb-təklif tarazlığına nail olmaq üçün böyük iş gördü”, - deyə o bildirib.

“OPEC plus” sazişinin iştirakçılarının neft bazarının sabitliyindən məsul olduğunu deyən R.Dadli bildirib: “Brent” markalı neftin qiyməti ortamüddətli proqnozlara görə 55 dollar/barrel səviyyəsində hesablanıb. Lakin qiymət 50 dollar səviyyəsindən aşağı düşərsə, daha da geriləyə bilər”.

Qeyd edək ki, BP-nin baş icraçı direktoru Robert Dadli öz postunu tərk edir. Gələn ildən R.Dadlini bu postda Bernard Luni əvəz edəcək.