Neft kəməri partladılıb

10:28 06.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kolumbiyanın cənubunda neft kəməri partlayıb.

Hafta.az “RCN” telekanalına istinadən xəbər verir ki, partlayış naməlum şəxslər tərəfindən törədilib.

Hadisə Orito bələdiyyəsində Putumayo idarəsi ərazisində qeydə alınıb. Naməlum şəxslər dövlətə məxsus "Ecopetrol" boru xəttinin işini pozmaq üçün partlayıcı maddələrdən istifadə ediblər. Partlayış nəticəsində yanacaq Guamuyes çayına axıb.

Neft şirkəti çirklənmə ilə bağlı artıq lazımı tədbirlər görməyə başlayıb.