Neftçalada “Mercedes” aşdı - 1 ölü, 3 yaralı 

13:53 11.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Neftçala rayonunun Şirvanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, iyulun 10-da saat 20 radələrində Neftçala rayonunun Şirvanlı kəndi ərazisində Bankə qəsəbə sakini Mirzamir Əmirov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və həmyerliləri olan sərnişinləri M.Əmirov, T.Ağasıyev, Şahlar Əmirov və qardaşı xəstəxanaya yerləşdirilib, Ş.Əmirov orada ölüb.

 

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.