Neftçalada “Mitsubishi” aşdı, sürücü öldü

14:15 17.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Neftçala şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, sentyabrın 16-da saat 14 radələrində Neftçala şəhəri ərazisində Astara rayon sakini Əliağa Cəfərov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb və hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.