Neftçalada saxta tibbi arayış verən həkim barəsində cinayət işi başlanıb

15:26 06.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Neftçala rayonunun Xolqaraqaşlı kənd xəstəxanasının həkimi M.Əhmədovun pul müqabilində karantin rejimi dövründə kənd sakini olan qadına Bakıdakı xəstəxanaların birində müayinədən keçməsinə dair saxta tibbi arayış verməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Oxunma sayı 1076