“Neftçi” "Qalatasaray"a məğlub oldu

23:00 17.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Avropa Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Neftçi” növbəti matçına çıxıb. 

Hafta.az xəbər verir ki, paytaxt klubu Türkiyə nəhəngi “Qalatasaray”ı qəbul edib. Bir matçdan ibarət olan və tamaşaçısız keçirilən qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutub. Dörd qolun qeydə alındığı matçda qələbəni qonaqlar bayram ediblər.

Bununla da “Neftçi” mübarizəni dayandırıb. “Qalatasaray” isə növbəti mərhələyə vəsiqə qazanıb.

Avropa Liqası
2-ci təsnifat mərhələsi

Neftçi – Qalatasaray 1:3
Qollar: M.Mbodj, 46 – M.Diane, 19; 63. K.Luyindama, 48.

Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya).

Bakı Olimpiya Stadionu.

Oxunma sayı 3276