“Neftçi” uduzdu, “Qarabağ” xal itirdi

23:30 11.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib.

Hafta.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.

Turun açılış qarşılaşmasında “Neftçi” “Sumqayıt”ı qəbul edib. “Bakcell Arena”da baş tutan oyun meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb.

Digər oyunda isə "Qarabağ" "ASK Arena"da "Keşlə"nin qonağı olub. Bu oyunda qapılara qol vurulmayıb.

Qeyd edək ki, Premyer Liqada II turun digər oyunları sentyabrın 12-si və 13-də oynanılacaq. Müvafiq olaraq, "Səbail" evdə "Zirə"ni, "Sabah" isə "Qəbələ"ni sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası
II tur-11 sentyabr (cümə)

“Neftçi” – “Sumqayıt” 0:2
Qollar: Ə.Qurbani, 14; 46.
Qırmızı vərəqə: A.Krivotsyuk, 83 (ikinci sarı)


“Keşlə” – “Qarabağ” 0:0

Oxunma sayı 4171