“Neftçi” və “Qarabağ”dan qələbə

23:00 01.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.
 
Hafta.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.
 
Öncə “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Oyun meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb.
 
Turun qapanış matçında son çempion “Qarabağ” səfərdə “Səbail”lə qarşılaşıb və böyük hesabla qalib gəlib. 
 
Azərbaycan Premyer Liqası
III tur
 
“Neftçi” – “Sumqayıt” 2:1
Qollar: E.Mahmudov, 64. S.Monroz, 90+4 - M.Şərifi, 31-pen.
Qırmızı vərəqə: M.Xaçayev, 82 (ikinci sarı). V.Hüseynov, 90+6. A.Krivotsyuk, 90+6 (ikinci sarı)
“Bakcell Arena”. Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
 
“Səbail” – “Qarabağ” 0:4
Qollar: D.Kintana, 2. İ.İbrahimli, 29; 59. M.Emreli, 62.
“ASCO Arena”. Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Cavanşir Yusifov, Fərid Hacıyev.