Azərbaycanda “Eurovision-2012“ mahnı müsabiqəsinin milli seçim turu başlayır

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Eurovision“ mahnı müsabiqəsinin gələn il Bakıda keçiriləcək 57-ci yarışmasında Azərbaycanı təmsil edəcək iştirakçını müəyyənləşdirmək üçün milli seçim turuna start verilib. Müsabiqənin Azərbaycan üzrə təşkilatçısı və yayımçısı olan İctimai Teleradio Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən verilən məlumata görə, müsabiqə “Eurovision“un qaydalarına və tələblərinə uyğun aparılacaq: “Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi də eyni dərəcədə nəzərə alınacaq. Yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənləri müsabiqəyə dəvət edirik. Müsabiqə iştirakçıları gözəl səsi, rəqs bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər. İştirak etmək istəyənlər oktyabrın 15-dən 25-dək İctimai Televiziyaya müraciət edə bilər. Hər bir iştirakçı 3 ədəd müxtəlif rakursdan çəkilmiş şəkil, şəxsiyyət vəsiqəsinin surətini və xüsusi anketi təqdim etməlidir“.