Neftin qiyməti bahalaşır

10:32 10.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.

Hafta.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,65 dollar artaraq 64,81 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,84 dollar bahalaşaraq 58,67 dollar təşkil edib.