Neftin ucuzlaşması davam edir

10:35 10.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,19% azalaraq 1 barelə görə 58,21  dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,19% azalaraq 52,49 dollar təşkil edib.