Netanyahu Abbasla görüşə razılıq verdi

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
İSRAİL baş naziri Binyamin Netanyahu Avropa İttifaqının Fələstin liderləri ilə şəxsən görüşmək təklifini qəbul edib. Bu barədə baş nazirin dəftərxanasından məlumat verilib. Netanyahu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton ilə telefon söhbətində “Fələstin lideri Mahmud Abbasla istənilən vaxt görüşməkdən məmnun olduğunu“ bildirib. Öz növbəsində Mahmud Abbas İsraillə danışıqlara istənilən vaxt başlamağa hazır olduğunu bəyan edib. “Əgər İsrailin belə bir fikri varsa, biz istənilən vaxt danışıqlar masasına qayıtmağa hazırıq“, -deyə Abbas bildirib.

Oxunma sayı 230