Tramp şagirdlərin məktəbdə namaz qılmasına “hə” dedi – Günün təzadları

18:25 21.01.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Donald Tramp administrasiyası gözlənilmədən dindar müəllim və məktəblilərin, o cümlədən müsəlmanların təhsil müəssisələrində qarşılaşdıqları çətinliklərə diqqət etməyə başladı. 

Hafta.az  Moderator.az-a istinadla xəbər verir ki, Ağ Evin son qərarlarına əsasən, şagirdlərin dini özünüifadə hüququ pozulduğu təqdirdə dövlət məktəbləri federal maliyyələşdirmə siyahılarından xaric edilə bilər. Ayrıca ABŞ Prezidenti Milli Dini Azadlıq günü şərəfinə əvvəllər dini  ayrı-seçkiliyə məruz qalmış  İslam, Xristianlıq və Yəhudilik dinlərinə sitayiş edən müəllimləri Ağ Evə dəvət edib.  D.Tramp bəyan edib ki,  dövlətin qanunları heç vaxt insanlarla Allah arasında durmamalıdır...

Tədbirdə Prezident Tramp oyunlardan sonra meydanda ibadət etməyi dayandırmaqdan imtina etdikdən sonra işini itirən Vaşinqton orta məktəblərindən birinin futbol məşqçisi Cozef Kennedini tərifləyib və müdafiə edib.

“NPR” nəşrinin məlumatına görə, ABŞ Təhsil Nazirliyi bütün 50 ştatdakı müvafiq səlahiyyət sahiblərinə məktəblərdə şagird və müəllimlərin dini azadlıq hüquqlarından istifadə etdikləri üçün diskriminasiyaya məruz qala bilməyəcəklərini xatırladan məktub göndərib. 

 

65 il birgə yaşayn ər-arvad eyni gündə öldü

65 il bir yerdə yaşayan evli cütlük eyni gündə vəfat etdi.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb. Bildirilir ki, onlar ömürlərinin son günlərini Missuri ştatının Sent Luis şəhərində “Qocalar evi”ndə keçiriblər. 86 yaşlı Cek Morrison və 83 yaşlı xanımı Harriet bir neçə saat fərqlə vəfat ediblər. Onların əl-ələ tutması üçün çarpayıları yanaşı olub.

“Mən kədərliyəm. Ancaq bilirəm ki, onlar səmada bir yerdədir. Onların məhəbbət hekayəti barədə kitab yazmaq olar”, - deyə onların yaxın qohumu Syu Vaqener bildirib.

 

Yasamalda üstünə dolab aşan 78 yaşlı kişi öldü

Bakıda bədbəxt hadisə ölümlə nəticələndi.

Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, Yasamal rayon sakini, 1942-ci il təvəllüdlü Səlimov Namiq Səlim oğlunun üstünə yaşadığı evdə dolab aşıb. Səlimov yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasıda ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəstəxanada 2 yaşlı uşağın əlindən telefon oğurlayan yaxalandı

Bakı metrosunda qadın və uşaqlardan oğurluq edən şəxs tutuldu.

Hafta.az yazır ki, “Report”un xəbərinə görə, hadisə yanvarın 19-da saat 19:30 radələrində, metronun “İnşaatçılar” stansiyasında qatarda qeydə alınıb.

Belə ki, naməlum şəxs paytaxt sakini N.Həmidovanın cibindən mobil telefonunu qeyri-aşkar şəraitdə oğurlayıb.

Daha sonra N.Həmidova hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Bakı Metropolitenində Polis Şöbəsinin Cinayət Axtarış Qrupunun keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elçin Əliyev tutulub.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, E.Əliyev həmin gün 14:30 radələrində metronun “28 May” stansiyasında 1982-ci il təvəllüdlü X.Abudovanın da mobil telefonunu oğurlayıb.

Bundan başqa, bir neçə gün əvvəl onun K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (“OMD” xəstəxanası) 2 yaşlı uşağın əlində olan mobil telefonu da oğurlladığı müəyyənləşib.

Faktla bağlı araşdırmalar aparılır, E.Əliyevin digər əməlləri də istisna edilmir.

 

Ac aslan donuzu yerin altından çıxarıb yedi

Afrika safarisində olan turistlər ac dişi aslanın ovunu videokameraya çəkməyə nail oldular.

Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə belə deyilir.

Aslan o qədər ac olub ki, çöl donuzunun yuvasını qazmağa başlayıb. Qısa müddətdən sonra donuzun səsi gəlməyə başlayıb. Məlum olub ki, aslan çöl donuzunu yaxalamağa nail olub. Aslan tələsmədən donuzu yuvasından çıxararaq onu boğub. Sonra isə aslan şikarını yeməyə başlayıb.

 

Binəqədidə it oğrusu yaxalandı 

Bakıda cins it oğurlandı. Hafta.az yazır ki, “Report”un xəbərinə görə, hadisə yanvarın 19-da gecə saatlarında, paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü L.Həsənova məxsus Binəqədi qəsəbəsində yerləşən evdən “Xaski” cinsli it oğurlanıb.

Daha sonra L.Həsənov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, 1991-ci il təvəllüdlü İ.Qaçayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 322