"BMW X5" dərəyə yuvarlandı - VİDEO

11:48 22.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az trend-ə istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi-1 yolunda qeydə alınıb. Səhər saatlarında adıçəkilən yol ilə hərəkətdə olan 41-BC-069 dövlət nömrəli "BMW X5" markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb. Yüksəklikdən dərəyə yuvarlanan avtomobil yararsız vəziyyətə düşüb.

Şahidlərin bildirdiyinə görə, hadisədə ciddi xəsarət alan olmayıb. Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

 

Oxunma sayı 836