Şəhidin xatirəsinə həsr olunmuş turnir başa çatdı - FOTO

20:31 26.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt
Yanvarın 26-da Şəmkir rayonunun Qılıncbəyli kəndində şəhid Şərif Alməmmədovun xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulub. Final oyunu Şərif Alməmmədov adına Qılıncbəyli kənd stadionunda baş tutub.
 
Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, 2001-ci ildən keçirilən futbol turnirinin 19-cu qalibi Çaparlı kəndinin eyni adlı komandası olub. Onlar "ev" sahibi "Qılıncbəyli" komandasına 3-0 hesabı ilə qalib gəliblər. Qalib komandaya fəxri fərman və kubok təqdim edilib.
 
Tədbirdə çıxış edən 102 saylı Samux - Şəmkir seçki dairəsindən parlament seçkilərinə namizəd, Prezident təqaüdçüsü Tural Turan 1994-cü ilin "Horadiz" əməliyyatı zamanı rəşadət göstərərək qəhrəmancasına şəhid olan Şərif Alməmmədovun döyüş yoluna nəzər salıb. Tural Turan bildirib ki, şəhidin ailə üzvləri tərəfindən artıq 19 ildir təşkil olunan xatirə turniri uzun illərdir ki, Qərb regionunda futbolun inkişafına öz töhfələrini verib. O, gələcəkdə futbol turnirinin daha geniş arialı əhatə etməsi üçün müəyyən addımların atılmalı olduğunun vacibliyindən danışıb.
 
Qeyd edək ki, şəhid Şərif Alməmmədovun xatirəsinə həsr olunmuş futbol turnirində dörd - "Qılıncbəyli-1", "Qılıncbəyli-2", "Ağlavaşlı" və "Çaparlı" komandaları yarışıb.