Rusiyalı oliqarx ABŞ-ın marixuana bazarını ələ keçirdi

12:40 18.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerikanın ən böyük marixuana istehsalçısı və onun əsasında tibbi vasitələr hazırlayan Curaleaf şirkəti bu bazarın ən böyük operatoru sayılan GR Companies-i satın alıb. Hafta.az Curaleaf-ın saytına istanadla xəbər verir ki, alqı-satqının dəyəri 875 milyon dollardır.

Bu alış Curaleaf-a Amerikanın 19 htatında marixuana bazarına nəzarət etmək imkanı verir. Müştərilərin sayı isə 177 milyon nəfərə çatacaq. Şirkətin əsas sahibi NTV telekanalının və "Qazprom Media" holdinqin keçmiş sahibi, rusiyalı oliqarx Boris Yordandır.